Qaradağ rayonunda partlayış baş verib.
Hadisə Lökbatan qəsəbəsindəki beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki mənzildə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, yanğınla nəticələnən partlayış zamanı ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb olunublar.
Yaralı xəstəxanaya çatdırılıb, yanğının qarşısı tez bir zamanda alınıb.
"Hadisə səhər baş verib. Həmin vaxt biz yatmışdıq. Silkələnməyə oyandıq ki, partlayış olub. Hadisə qaz sızması nəticəsində baş verib. Partlayışa görə qapı kilidlənmişdi, çölə çıxa bilmirdik. FHN əməkdaşları gəlib bizi çıxardılar", - qonşulardan biri söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:37 / 16.08.2025
Lökbatanda yaşayış binasında PARTLAYIŞ: "Çölə çıxa bilmirdik" - VİDEO
Hazırda oxunan: Lökbatanda yaşayış binasında PARTLAYIŞ: "Çölə çıxa bilmirdik" - VİDEO
Hazırda oxunan: Lökbatanda yaşayış binasında PARTLAYIŞ: "Çölə çıxa bilmirdik" - VİDEO
265589
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.