Şamaxı rayonunun Muğanlı kəndində 2010-cu il təvəllüdlü yeniyetmə qıza nişan mərasimi keçirilməsi barədə məlumat daxil olub.
Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, polis tərəfindən mərasimin qarşısı alınıb və hər iki tərəfin valideynləri ərazi üzrə polis orqanına dəvət olunub.
Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.
Yeniyetmənin atası barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci (on altı yaşına çatmayan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olma) maddəsi ilə protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 16.08.2025
Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi
Hazırda oxunan: Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi
Hazırda oxunan: Şamaxıda 15 yaşlı qız nişanlandı - Polis atanı məsuliyyətə cəlb etdi
265507
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.