ADY: 7 ayda sərnişin və yük qatarlarına 29 dəfə daş atılıb

ADY: 7 ayda sərnişin və yük qatarlarına 29 dəfə daş atılıb

Hazırda oxunan: ADY: 7 ayda sərnişin və yük qatarlarına 29 dəfə daş atılıb

265413

Bu ilin yanvar-iyul aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) sərnişin və yük qatarlarına hərəkətdə olarkən 29 dəfə daş atılıb.

Bizim.Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, relslər üzərinə 24 dəfə kənar əşyaların qoyulması halı qeydə alınıb:

"Qatarlara daş atılması və dəmir yoluna kənar əşya qoyulması nəticəsində sərnişinlərin və qatar heyətinin həyatına təhlükə yaranır, qatara ciddi zərər dəyir və maşinist qatarı təcili saxlamalı olur ki, nəticədə hərəkət cədvəlində gecikmələr yaranır”.
 

Bu qanunsuz və məsuliyyətsiz əməli törədənlər müvafiq qaydada tapılır və qanunvericiliyə uyğun cərimələnirlər.


ADY bir daha qatarları və dəmir yollarını qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO