Avtomobil yoluna qəfil çıxan piyadalar XƏBƏRDARLIQ

Avtomobil yoluna qəfil çıxan piyadalar XƏBƏRDARLIQ

Hazırda oxunan: Avtomobil yoluna qəfil çıxan piyadalar XƏBƏRDARLIQ

265397

İstər metroda, istərsə də avtobus dayanacaqlarında hüdud xətti var. Metro əməkdaşları tərəfindən sərnişinlərə “hüdud xəttini keçməyin” kimi xəbərdarlıqlar edilir. Ancaq avtobus dayanacağında bu xətt tez-tez pozulur. Xüsusilə sıxlıq zaman sərnişinlərin əksəriyyəti avtobusa tez minmək üçün hüdud xəttini keçir, avtobus yoluna qəflətən çıxırlar. Bu da həm sürücülər, həm də digər sərnişinlər üçün narahatlıq yaradır.

Bəs bu cür hallara yol verən sərnişinləri hansı cəza gözləyir?

Bizim.Media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 338-də piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə bağlı qeyd olunur ki, piyadalar piyada svetoforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə edilir.

Həmçinin 338.2. maddədə qeyd olunub ki, bu Məcəllənin 338.2-1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə iyirmi manat məbləğində cərimə edilir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO