Polis Yasamalda əməliyyat keçirdi - Qardaşlar tutuldu – FOTO/VİDEO

Polis Yasamalda əməliyyat keçirdi - Qardaşlar tutuldu – FOTO/VİDEO

Hazırda oxunan: Polis Yasamalda əməliyyat keçirdi - Qardaşlar tutuldu – FOTO/VİDEO

265358

Narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş iki qardaş saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, 31 yaşlı Yusif Əliyev və 33 yaşlı İlkin Əliyevin avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq marixuana tapılıb.
 

Yasamal Rayon Polis İdarəsində aparılan istintaqla qardaşların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdikləri məlum olub. Onlar narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdiklərini və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO