Ukraynada dünya hərb tarixində ilk dəfə süni intellekt dəstəyi ilə 4 kilometr məsafədən uğurlu snayper atəşi açılıb.
Bizim.Media UNİAN-a istinadla xəbər verir ki, “Privid” qrupunun snayperi “Pokrovsk–Mırnohrad” istiqamətində, birbaşa görünüş olmadan, 14,5 mm-lik “Aligator” uzun mənzilli tüfəngi və yerli istehsal termal nişangahdan istifadə edərək iki rus hərbçisini məhv edib.
Qeyd edək ki, “Privid” snayper qrupu 2022-ci ildə Baxmutun müdafiəsi üçün Sırski tərəfindən yaradılıb.
Baş komandanın təşəbbüsü ilə qrup Ukraynada ilk dəfə olaraq iriçaplı silahlarla qrup halında işləməyi öyrənib, o cümlədən “Aligator” tipli uzaqmənzilli tüfənglərdən istifadə etməyə başlayıb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
11:37 / 15.08.2025
Dünyada ilk: Ukraynalı snayper 4 km-dən... – Video
Hazırda oxunan: Dünyada ilk: Ukraynalı snayper 4 km-dən... – Video
Hazırda oxunan: Dünyada ilk: Ukraynalı snayper 4 km-dən... – Video
265341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.