Azərbaycan Ordusunda ilk insansız gəmi – FOTO

Azərbaycan Ordusunda ilk insansız gəmi – FOTO

Hazırda oxunan: Azərbaycan Ordusunda ilk insansız gəmi – FOTO

265334

Azərbaycan Hərbi Dəniz Qüvvələri silahlanmaya insansız hərbi gəmi qəbul edib.

Bizim.Media Modern.az-a istinadən xəbər verir ki, dənizçilər Türkiyə istehsalı olan "Salvo" insansız gəmilərini istifadə etməyə başlayıb.

Gəmi Türkiyənin "Daersan" şirkəti tərəfindən yerli imkanlarla istehsal edilir.

Dəniz vasitəsinin uzunluğu 14.79, eni 3.83 metrdir. Sürəti 83-111 km/saat arasında dəyişir.

"Salvo" digər dəniz vasitələrini və havadan gələn təhdidləri zərərsizləşdirə bilir. Bunun üçün gəmiyə müxəlif raket və silah sistemləri yerləşdirilib. İnsansız gəmi, həmçinin kəşfiyyat, müşahidə, məlumat toplama kimi fəaliyyətləri də icra edə bilər.
 

Qeyd edək ki, insansız gəmi Hərbi Dəniz Qüvvələri (HDQ) tərəfindən keçirilən "Dəniz enerji infrastrukturunun mühafizəsi və müdafiəsi" mövzusunda döyüş atışlı taktiki təlim zamanı görüntülənib.


Azərbaycan ordusunun inventarında neçə ədəd "Salvo" insansız gəmi olduğu məlum deyil.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO