“Neftçi” 5 milyonluq futbolçu ilə danışıq aparır

“Neftçi” 5 milyonluq futbolçu ilə danışıq aparır

Hazırda oxunan: “Neftçi” 5 milyonluq futbolçu ilə danışıq aparır

265290

Bu mövsüm iddialı olmaq istəyən “Neftçi” daha bir transfer etmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, flaqman orta xətti gücləndirmək istəyir. Paytaxt təmsilçisi ingiltərəli dayaq yarımmüdafiəçisi Coş Dasilva ilə maraqlanır.
 

Məlumatı məşhur “Transfermarkt” platforması yayıb. Mənbə keçidinin baş vermə ehtimalını 80 faiz olaraq göstərib.


26 yaşlı futbolçu hazırda klubsuzdur. Onun bazar dəyəri 5 milyon avrodur.
 

Karyerasına “Arsenal”ın U-18 və U-23 komandalarında başlayan Dasilva 2018-ci ildə “Brentford”a transfer olunub.


Yarımmüdafiəçi ümumilikdə 217 oyunda meydana çıxaraq 26 qol vurub və 20 məhsuldar ötürmə edib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO