İki marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar yeniləndi

İki marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar yeniləndi

Hazırda oxunan: İki marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar yeniləndi

265277

Xırdalan şəhərindən Sumqayıt şəhəri və Novxanı kəndi istiqamətlərində fəaliyyət göstərən 523 və 535 nömrəli marşrutların avtobusları yenilənib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-ya bildirilib ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, “F.Rövşən” istehsalat müəssisəsi tərəfindən ölkəyə 2025-ci il istehsalı olan 31 avtobus gətirilib.
 

Sıxılmış təbii qaz və dizellə işləyən “İsuzu” markalı müasir və komfortlu nəqliyyat vasitələrindən 16-sı Sumqayıt və Xırdalan şəhərlərini, 15-i isə Xırdalan şəhəri və Novxanı kəndini əlaqələndirir.


Sərnişin tələbatına uyğun olaraq, xəttə çıxan avtobusların sayı artırılacaq.

Qeyd edək ki, vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi AYNA tərəfindən daim diqqətdə saxlanılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO