Ərdoğanla NATO Baş katibi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ərdoğanla NATO Baş katibi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Hazırda oxunan: Ərdoğanla NATO Baş katibi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

265242

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin kommunikasiya idarəsindən bildirilib.

Tərəflər Rusiya-Ukrayna müharibəsindəki son durumu müzakirə ediblər.

Onlar, eyni zamanda regional və qlobal məsələlər barədə danışıblar.
 

Ərdoğan bildirib ki, tərəflər arasında atəşkəsin təmin olunması məqsədilə İstanbulda davam edən müzakirələrdə irəliləyiş əldə olunur.


Onlar, həmçinin ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında Alyaskada keçirilməsi gözlənilən görüş barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO