ABŞ nümayəndə heyətinin Alyaskada keçiriləcək danışıqlarda kimlərdən ibarət olacağı bəlli olub.
Bizim.Media xəbər verir ki, gözlənilən görüşdə ABŞ-ı Prezident Donald Tramp, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, xüsusi nümayəndə Stiv Uitkoff və maliyyə naziri Skott Bessent təmsil edəcək.
Qeyd edək ki, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü “5-ə qarşı 5” formatında keçiriləcək. Bu barədə Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, danışıqlar Bakı vaxtı ilə 23:30-da təkbətək söhbətlə başlayacaq, yalnız tərcüməçilər iştirak edəcək. Görüş başlamazdan əvvəl dövlət başçıları qısa bəyanatlar verəcəklər.
Uşakov qeyd edib ki, danışıqlar zamanı tərəflər ikitərəfli iqtisadi əməkdaşlıq və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:57 / 14.08.2025
Tramp Putinlə görüşə hansı rəsmiləri gətirəcək? – ADLAR
Hazırda oxunan: Tramp Putinlə görüşə hansı rəsmiləri gətirəcək? – ADLAR
Hazırda oxunan: Tramp Putinlə görüşə hansı rəsmiləri gətirəcək? – ADLAR
265235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.