Alyaska Putinlə Trampın görüşünə hazırlaşır – VİDEO

Alyaska Putinlə Trampın görüşünə hazırlaşır – VİDEO

Hazırda oxunan: Alyaska Putinlə Trampın görüşünə hazırlaşır – VİDEO

265155

Sammitin keçiriləcəyi Alyaska ştatının Ankoric şəhəri tarixi hadisəyə ev sahibliyi etməyə hazırlaşır.

Bizim.Media xəbər verir ki, şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib, əsas küçələrdə bayraqlar və qarşılayıcı pankartlar asılıb.

Yerli hökumət və təşkilatçılar qısa müddətdə hazırlıqları yekunlaşdırmaq üçün intensiv iş aparırlar. Otellərdə yerlər öncədən tam bron edilib, mətbuat nümayəndələri və beynəlxalq müşahidəçilər artıq Ankoricə axışır.

ABŞ və Rusiya liderləri – Donald Trampla Vladimir Putinin sabahkı görüşü həm iki ölkə münasibətləri, həm də qlobal siyasət baxımından, xüsusilə Ukraynadı müharibə mühüm əhəmiyyət daşıyır. Tarixi sammitin gedişatında tərəflərin hansı mövzulara üstünlük verəcəyi və nəticələrin necə olacağı bütün dünyanın diqqət mərkəzindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO