MİT Nazim Hikmətə məxsus arxiv sənədlərini yaydı

MİT Nazim Hikmətə məxsus arxiv sənədlərini yaydı

Hazırda oxunan: MİT Nazim Hikmətə məxsus arxiv sənədlərini yaydı

265097

Milli İstehbarat Təşkilatı (MİT) türkiyəli şair Nazım Hikmət Rana aid olduğu ehtimal edilən rəsm, şeir və imzadan ibarət arxiv sənədlər paylaşıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin yerli mətbuatı məlumat yayıb.
 

MİT-in rəsmi internet saytındakı “Xüsusi kolleksiya ” səhifəsinin “sənədlər” bölməsinə yeni kəşfiyyat hesabatı əlavə edilib.


Belə ki, paylaşılan arxiv sənədində Nazım Hikmətin imzası ilə 1950-ci il də yazıldığı ehtimal olunan qeyd və onun “Dəvətnamə” şeirindən sətirlər var.

“Dəvət” şeirinin misraları belədir:

Uzaq Asiyadan Aralıq dənizinə madyan (dişi at) başı kimi çapan bu torpaq bizimdir.
Biləkləri qan içərisində, dişləri sıx, ayaqları yalın, ipək xalçaya oxşayan diyar...
Bu cəhənnəm, bu cənnət bizimdir.
Ağac kimi tək və azad, meşə kimi qardaşlıq içində yaşamaq,
Bu həsrət bizimdir. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO