İtaliya sahillərində miqrantların olduğu iki qayıq batdı - 26 ölü

İtaliya sahillərində miqrantların olduğu iki qayıq batdı - 26 ölü

Hazırda oxunan: İtaliya sahillərində miqrantların olduğu iki qayıq batdı - 26 ölü

265079

İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan iki qayıq batıb.

Bizim.Media xəbər verir ki, İtaliya sahil mühafizə xidmətinin və maliyyə polisinin patrul gəmiləri ilə ümumilikdə 61 nəfər xilas edilib, həmçinin sudan 26 cəsəd çıxarılıb. İtkin düşənlərin axtarışları davam edir.
 

Sağ qalanların sözlərinə görə, iki qayıqda ümumilikdə 90-100 miqrant olub. Mühacirlərin Liviyanın Tripoli şəhərindən yola düşdüyü və Pakistan, Sudan, Somali vətəndaşları olduqları bildirilib.


İtaliyanın Baş naziri Ciorcia Meloni deyib:

“Bugünkü faciənin baş verməsi bizi xəbərdar edir ki, lazımi xilasetmə müdaxiləsi kifayət deyil və hər şeydən əvvəl dramatik problemin səbəblərini həll etmir”.

Qeyd edək ki, bu ilin əvvəlindən indiyədək Aralıq dənizində 675 miqrant ölüb və ya itkin düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO