“Ukraynaya silah tədarükü məsələsində Rusiyanın mövqeyi Azərbaycana yaxşı məlumdur”.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksey Fadeyev brifinqdə deyib.
Onun sözlərinə görə, belə addımlar sülh yolu ilə nizamlanmaya töhfə vermir və yalnız vəziyyəti daha da gərginləşdirir.
Xatırladaq ki, Rusiyanın Ukraynada Azərbaycana məxsus neft və qaz infrastrukturlarına ardıcıl zərbələr endirməsi narahatlıqla qarşılanıb. Caliber.az-ın mənbələrdən əldə etdiyi məlumata görə, Moskva Bakının maraqlarına qarşı aqressiv siyasətini davam etdirərsə, Azərbaycan öz arsenalındakı silahların Ukraynaya tədarükünə qoyulmuş embarqonun ləğvi məsələsini nəzərdən keçirəcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:46 / 13.08.2025
Azərbaycandan Ukraynaya silah tədürükü ilə bağlı xəbərlərə Rusiya XİN-dən REAKSİYA
Hazırda oxunan: Azərbaycandan Ukraynaya silah tədürükü ilə bağlı xəbərlərə Rusiya XİN-dən REAKSİYA
Hazırda oxunan: Azərbaycandan Ukraynaya silah tədürükü ilə bağlı xəbərlərə Rusiya XİN-dən REAKSİYA
265019
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.