"Ürəyin sağlam qalması üçün balanslı qidalanma vacibdir".
Bizim.Media "lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə həkim Olqa Ülankina danışıb.
Onun sözlərinə görə, ürəyi qoruyan elə bir “möcüzəvi” məhsul yoxdur. “Ürək qorunması üçün qidalanmanın qızıl standartı Aralıq dənizi pəhrizidir: gündə azı 500 qram tərəvəz, balıq, qoz-fındıq, toxumlar, bitki yağlarından alınan faydalı yağlar, eləcə də orta miqdarda zülal”.
Həkim bildirib ki, damarların iltihabını azaltmağa kömək edən omega-3 yağ turşuları ürək üçün ən faydalılardandır: "Onlar yağlı dəniz balıqlarında (somon, skumbriya, sardina) mövcuddur. Ürək üçün həmçinin maqnezium və E vitamini də vacibdir".
Bundan əlavə, o, ürək sağlamlığı üçün tərkibində azı 70 faiz kakao olan tünd şokolad yeməyi, kartofun isə qabığında qaynadılmasını və ya bişirilməsini tövsiyə edib. Onun sözlərinə görə, kartofun qabığı və ona bitişik ətlik qatı kaliumla zəngindir, bu isə qan təzyiqini tənzimləməyə və ürəyin fəaliyyətini yaxşılaşdırmağa kömək edir. (Ölkə.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:51 / 13.08.2025
Ürək üçün ən faydalı yağlar və vitaminlər açıqlandı
Hazırda oxunan: Ürək üçün ən faydalı yağlar və vitaminlər açıqlandı
Hazırda oxunan: Ürək üçün ən faydalı yağlar və vitaminlər açıqlandı
265017
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.