Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə avqustun 14-də şagird qəbulunun ixtisas və məktəb seçimi mərhələsinə başlanılır.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, seçim mərhələsi avqustun 21-dək davam edəcək.
Məlumat üçün qeyd edək ki, bu il ilk dəfə olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Naxçıvan Mədəniyyət Nazirliyinin sistemindəki musiqi və incəsənət məktəblərinə 2025/2026-cı tədris ili üzrə təhsilalanların qəbulu vahid elektron sistem üzərindən həyata keçirilib.
25 aprel-25 may tarixlərində elektron sistem üzərindən 18 min 862 müraciət qeydiyyata alınıb, iyun ayında I və VIII siniflərə qəbul imtahanları keçirilib. Qəbul imtahanlarında 16 mi 252 namizəd iştirak edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:43 / 13.08.2025
Sabahdan incəsənət məktəb və mərkəzlərinə ixtisas seçimi BAŞLAYIR
Hazırda oxunan: Sabahdan incəsənət məktəb və mərkəzlərinə ixtisas seçimi BAŞLAYIR
Hazırda oxunan: Sabahdan incəsənət məktəb və mərkəzlərinə ixtisas seçimi BAŞLAYIR
264992
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.