6 min abituriyent bu qrupa qəbul ola bilməyəcək - RƏSMİ

6 min abituriyent bu qrupa qəbul ola bilməyəcək - RƏSMİ

Hazırda oxunan: 6 min abituriyent bu qrupa qəbul ola bilməyəcək - RƏSMİ

264899

"II qrupun Dil-tarix (DT) alt qrupunda 200 baldan yuxarı nəticə göstərən və imtahanın ikinci mərhələsində balı 100-dən az olmayan abituriyentlərin sayı təxminən 20 mindir. Bu qrup üzrə dövlət planı çərçivəsində 13 min 558 yer mövcuddur. Bu o deməkdir ki, təxminən 6 min nəfər qəbul ala bilməyəcək. Əlbəttə, bu əsasən ən aşağı nəticə göstərən abituriyentlərə aiddir".

Bizim.Media xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, III ixtisas qrupuna həmişə olduğu kimi bu il də çox müraciət olub.

"Abituriyentlərin seçimləri 8-ci, 9-cu siniflərdə formalaşır və bu il də vəziyyət eynidir. III qrupda rəqabət yüksəkdir və diqqətli seçim vacibdir", - DİM sədri bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO