Fransadakı səfirliyimizdən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama

Fransadakı səfirliyimizdən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama

Hazırda oxunan: Fransadakı səfirliyimizdən uşaqları əllərindən alınan ailə ilə bağlı - Açıqlama

264845

Azərbaycanın Fransadakı Səfirliyi vətəndaşlar Quliyev Məhəmməd və Abdullayeva Gültacın üzləşdiyi vəziyyətlə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, məlumata görə, konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.
 

MÖVZU İLƏ BAĞLI

Parisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb?


“Azərbaycan Respublikasının vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı ilə birlikdə yaşadıqları Almaniya ərazisini tərk edərək Fransa ərazisi üzərindən Azərbaycana gedərkən üzləşdikləri vəziyyət barədə məlumat Səfirliyə daxil olan gündən Konsulluq bölməsinin əməkdaşları məsələ ilə məşğul olur.

İyulun 7-də Səfirliyin qaynar xəttinə edilmiş müraciət əsasında, Azərbaycan Respublikası vətəndaşları Quliyev Məhəmməd və Abdullayeva Gültacın 2 övladı üçün səfirlik tərəfindən qayıdış şəhadətnaməsi rəsmiləşdirilib.


Avqustun 6-da Fransa ərazisini tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılıb və övladları müvəqqəti sığınacaqda yerləşdirilib.

Fransa polisinin bu addımı, Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması qərarı ilə əsaslandırılıb.
 

Hazırda Fransada yerli hakim tərəfindən məsələyə baxılması və Almaniya məhkəməsinin qərarı ilə bağlı müəyyən nəticəyə gəlinməsi gözlənilir. Bu müddət ərzində valideynlər uşaqlar ilə görüş imkanı əldə ediblər.


AR-in Fransadakı Səfirliyi məsələ ilə bağlı Fransa tərəfinin müvafiq qurumları ilə görüşlər keçirir və müvafiq əlaqələndirməni təmin edir.Səfirlik, habelə AR-in Diaspor ilə İş üzrə Dövlət Komitəsi vətəndaşların Fransa ərazisində müvəqqəti qalması məsələsində onlara yardım göstərir.

Məsələ tərəfimizdən nəzarətdə saxlanılır”, - Səfirliyimizin məlumatında vurğulanıb.

Xatırladaq ki, bir neçə gün əvvəl azərbaycanlı ailə iki azyaşlı övladının əllərindən alındığınını bildirmişdilər. Uşaqların birinin 2 yaşı var, digəri isə 6 aylıqdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO