Bakı kəndlərində yaşayanlara şad xəbər - İşlərə başlanıldı

Bakı kəndlərində yaşayanlara şad xəbər - İşlərə başlanıldı

Hazırda oxunan: Bakı kəndlərində yaşayanlara şad xəbər - İşlərə başlanıldı

264753

Məlum olduğu kimi, daha əvvəl “Bakı şəhərində və ona bitişik ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində 2028-2030-cu illərdə Zabrat-Maştağa-Bağlar (Buzovna) dəmir yolu xətti bərpa olunacağı açıqlanıb.

Bizim.Media “ölkə.az”a istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Proqramı bu il təsdiq olunub.
 

Zabrat-Maştağa-Bağlar (Buzovna) dəmir yolu xəttinin nə vaxt açılacağı ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, ilkin işlərə başlanılıb:


“Hələlik ilkin tarix 2028-20230-cu illərdir. Artıq işlərə başlanılıb. Təkcə Zabrat-Maştağa-Bağlar istiqamətində yox, ümumilikdə Dövlət Proqramında Abşeron dairəvi dəmir yolu üzrə bərpası nəzərdə tutulmuş dəmir yol xətlərinin layihələndirmə işlərinə başlanılıb”.
 

Qeyd edək ki, Bakı şəhərində və ətraf ərazilərdə dəmiryol nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi çərçivəsində 2030-cu illərədək 4 dəmir yolu xəttinin bərpası planlaşdırılır.


Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nda deyilir.
 

Belə ki, 2026−2028-ci illər ərzində Bakıxanov−Binə−Qala dəmir yolu xəttinin bərpası ilə bağlı elektrik təchizatı və rabitə-işarəvermə sisteminin yenidən qurulmasının layihə-smeta sənədlərinin və icra qrafikinin hazırlanması planlaşdırılır.


Yeni Suraxanı−Hövsan dəmir yolu xəttinin bərpası 2026−2027-cı illərdə, Zabrat−Maştağa−Bağlar xəttinin bərpası 2028−2030-cu illərdə, Güzdək−Qaradağ xəttinin bərpası isə 2027−2029-cu illərdə planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO