Türkiyə-Rusiya arasında Qarabağla bağlı texniki görüş başa çatdı

Türkiyə-Rusiya arasında Qarabağla bağlı texniki görüş başa çatdı

Hazırda oxunan: Türkiyə-Rusiya arasında Qarabağla bağlı texniki görüş başa çatdı

2647

Dağlıq Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra görüləcək işlərlə əlaqədar Ankaraya səfər edən Rusiya nümayəndə heyətilə texniki görüşlər başa çatıb.

Bizim.Media-nın  məlumatına görə bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki,  Qarabağda əldə edilən atəşkəs razılaşmasından sonra Türkiyə və Rusiya hərbi heyətinin birgə texniki fəaliyyətinə dair müzakiərələr başa çatıb.

Rusiya nümayəndə heyət artıq Moskvaya yollanıb. Türkiyə Müdafiə Nazirliyi yaxın günlərdə müzakirələrin davam edəcəyini bildirib.

Qeyd edək ki, dünən Rusiya nümayəndə heyəti Ankaraya səfər edib.

Danışıqlarda Dağlıq Qarabağdakı sülhməramlı missiyada Rusiya ilə bərabər Türkiyə hərbi qüvvələrinin də yer alması məsələsi müzakirə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO