Rusiyada "WhatsApp" və "Telegram" tətbiqlərinin bloklanmasına başlanılıb

Rusiyada "WhatsApp" və "Telegram" tətbiqlərinin bloklanmasına başlanılıb

Hazırda oxunan: Rusiyada "WhatsApp" və "Telegram" tətbiqlərinin bloklanmasına başlanılıb

264661

Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlardan bəlli olur.
 

Bildirilir ki, hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur - zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir.


"Wi-Fi" üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir", - deyə jurnalist Anastasiya Kaşevorova bildirib.

Onun sözlərinə görə, yaxın zamanda bu xidmətlərin tam bloklanması gözlənilir.
 

Kaşevorova, həmçinin Pavel Durova məxsus "Telegram" messencerində də oxşar problemlərin yarandığını qeyd edərək, adıçəkilən mesencerlər vasitəsilə zənglərlə bağlı çətinliklərin getdikcə artacağını bildirib.


"Baza"nın əməkdaşları da mobil internet üzərindən zənglərin keyfiyyətinin çox zəif olduğunu təsdiqləyiblər - səs tez-tez kəsilir, qarşı tərəfi demək olar ki, eşitmək olmur.
 

Xatırladaq ki, Dövlət Dumasının IT Komitəsi sədrinin birinci müavini Anton Qorelkin "WhatsApp"ın Rusiya bazarından çıxmağa hazırlaşmalı olduğunu bəyan etmişdi.


Onun sözlərinə görə, Rusiyada ekstremist təşkilat kimi tanınan "Meta" şirkətinə məxsus bu messencer, məhdudlaşdırılacaq proqram təminatı siyahısına daxil ediləcək.

Prezident Vladimir Putin həmin siyahının sentyabrın 1-dək hazırlanması barədə göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO