Azərbaycan və Ermənistan dövlətlərarası iddia və şikayətləri geri GÖTÜRƏCƏKLƏR

Azərbaycan və Ermənistan dövlətlərarası iddia və şikayətləri geri GÖTÜRƏCƏKLƏR

Hazırda oxunan: Azərbaycan və Ermənistan dövlətlərarası iddia və şikayətləri geri GÖTÜRƏCƏKLƏR

264640

Azərbaycanla Ermənistan dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri qarşılıqlı olaraq geri götürəcəklər.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin” paraflanmış mətninin XV maddəsində qeyd olunub:

 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Ermənistanla paraflanmış sülh sazişinin MƏTNİ AÇIQLANDI - FOTO


Bildirilib ki, tərəflər sazişin XIV Maddəsinə xələl gətirmədən hər hansı bir hüquqi müstəvidə onlar arasında bu Sazişin imzalanmasından əvvəl mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkəcək, xitam verəcək və ya hər hansı bir formada həll edəcəklər və bir-birinə qarşı bu cür iddiaları, şikayətləri, etirazları,iradları və icraatları başlatmayacaq, və tərəflərdən hər hansı birinə qarşı hər hansı digər üçüncü tərəfin başlatdığı bu kimi iddia, şikayət, etiraz, irad və icraatlara hərhansı bir formada cəlb olunmayacaqlar:

"Həmçinin tərəflər bu Sazişin ziddinə bir-birinə qarşı diplomatik, informasiya və digər sahələrdə düşmən addımlar atmayacaq, bu addımları həvəsləndirməyəcək və ya hər hansı bir formada bu fəaliyyətlərə cəlb edilməyəcək və bu məqsədlə bir-biriləri ilə müntəzəm məsləhətləşmələr həyata keçirəcəklər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO