Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamda bildirilib ki, Vladimir Fekete Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Vladimir Fekete Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisidir.
Bizim.Media