Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında sərəncam imzalayıb.
Bizim.Media xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabineti Sumqayıt şəhərinin Sülh prospektində yerləşən, “Azərboru” ASC-nin istifadəsində dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 26,6676 ha torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin istifadəsinə verilməsi ilə bağlı 3 ay müddətində tədbirlər görüb dövlət başçısına məlumat verməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
İqtisadiyyat Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:27 / 11.08.2025
Sumqayıt Kimya Sənaye Parkının ərazisi GENİŞLƏNDİRİLƏCƏK
Hazırda oxunan: Sumqayıt Kimya Sənaye Parkının ərazisi GENİŞLƏNDİRİLƏCƏK
Hazırda oxunan: Sumqayıt Kimya Sənaye Parkının ərazisi GENİŞLƏNDİRİLƏCƏK
264594
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.