Vəkilin 3-cü, Şəlalənin 12-ci qeyri-rəsmi nikahı olub... – Qusardakı qətlin ÖZƏL TƏFƏRRÜATI – FOTO

Vəkilin 3-cü, Şəlalənin 12-ci qeyri-rəsmi nikahı olub... – Qusardakı qətlin ÖZƏL TƏFƏRRÜATI – FOTO

Hazırda oxunan: Vəkilin 3-cü, Şəlalənin 12-ci qeyri-rəsmi nikahı olub... – Qusardakı qətlin ÖZƏL TƏFƏRRÜATI – FOTO

264582

Qusarın Yuxarı Tahircal kəndində baş vermiş qətlin bəzi təfərrüatları məlum olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, qətl ailə münaqişəsi zəminində törədilib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusarda DƏHŞƏT – 67 yaşlı şəxs iki nəfəri BALTALADI – ÖZƏL


Araşdırma nəticəsində aydın olub ki, kənd sakini, 67 yaşlı Vəkil Əlibəyov qətlə yetirdiyi Şirin Ömərovun bacısı Şəlalə Ömərova ilə qeyri-rəsmi nikahda olub. Bu, Vəkil Əyyubovun 3-cü, Şəlalənin isə 12-ci qeyri-rəsmi evliliyi olub.

Baş nahiyəsindən çoxsaylı xəsarətlər alan 49 yaşlı Şəlalə Ömərova Qusar rayon mərkəzi xəstəxanasında ilk tibbi yardım göstərildikdən sonra Bakıya - Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərilib.

Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Qeyd edək ki, Avqustun 10-da saat  05.00 radələrində Qusar rayonunda Vəkil Saday oğlu Əlibəyov qaynı 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu balta ilə qətlə yetirib və 49 yaşlı Şəlalə Ömərovaya isə xəsarət yetirib.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO