Florian Virts Almaniyada mövsümün futbolçusu seçildi

Florian Virts Almaniyada mövsümün futbolçusu seçildi

Hazırda oxunan: Florian Virts Almaniyada mövsümün futbolçusu seçildi

264501

Bu mövsüm "Bayer Leverkuzen"dən "Liverpul"a keçən hücumameyilli yarımmüdafiəçisi Florian Virts Almaniya Bundesliqasında mövsmün futbolçusu seçilib.

Bizim.Media xəbər verir ki, bu, "Kicker" nəşri tərəfindən idman jurnalistləri arasında keçirilən sorğuya əsasən məlum olub.
 

Sorğunun nəticələrinə görə, Virts 191 səs toplayıb. "Bavariya"nın yarımmüdafiəçisi Maykl Olise 81 səslə ikinci olub. "Ştutqart"ın hücumçusu Nik Voltemade 71 səslə ilk üçlüyü tamamlayıb.


Qeyd edək ki, ötən mövsüm 22 yaşlı Virts bütün turnirlərdə 45 oyun keçirib, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO