Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

Hazırda oxunan: Taliban Kabildə yüzlərlə gözəllik salonunu bağladı - Minlərlə qadın işsiz qaldı

264420

Əfqanıstanda qadınlara qarşı məhdudiyyətləri davam etdirən Taliban rəhbərliyi Kabildə fəaliyyət göstərən gözəllik salonlarını kütləvi şəkildə bağlamağa başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə yerli "Tolo News" kanalı məlumat yayıb.

Verilən məlumata görə, son günlər paytaxtda yüzlərlə salonun qapadılması ilə yanaşı, avadanlıqlar müsadirə edilir, bəzi hallarda isə obyektlərə birbaşa reydlər təşkil olunur.

Mənbənin bildirdiyinə görə, bu qərar yalnız qadınların sosial hüquqlarına deyil, həm də iqtisadi müstəqilliklərinə ciddi zərbə vurur. Kabildə fəaliyyət göstərən gözəllik salonlarında təxminən 60 min qadın işləyirdi və bu qərarla onların bir çoxu işsiz vəziyyətə düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO