Baş katibdən Bakı-İrəvan sazişinə REAKSİYA

Baş katibdən Bakı-İrəvan sazişinə REAKSİYA

Hazırda oxunan: Baş katibdən Bakı-İrəvan sazişinə REAKSİYA

264346

BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın birgə bəyannamə imzalamasını alqışlayıb və bunu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edib.

Bizim.Media xəbər verir ki, bu barədə dünya təşkilatının rəhbərinin ofisinin jurnalistlərə yaydığı məlumatda deyilir.
 

“Baş katib Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın davamlı dialoqa və etimadın yaradılmasına sadiqliyini alqışlayır, bu məsələdə irəliləyişə nail olmaq üçün Prezident Trampın səylərini qəbul edir.


Baş katib BMT-nin Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir”, - bəyanatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO