İyunun 27-i saat 10 radələrində 1982-ci il təvəllüdlü Nuranə Əliyevanın Salyan rayonu Yenikənd kəndi ərazisində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Salyan Rayon Prokurorluğu yayıb.
Mənbə bildirir ki, aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1972-ci il təvəllüdlü Ənvər İsbəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuranə Əliyevaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ər arvadını bıçaqla öldürdü
Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Ənvər İsbəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Bizim.Media