“WhatsApp”da statuslarla bağlı yenilik

“WhatsApp”da statuslarla bağlı yenilik

Hazırda oxunan: “WhatsApp”da statuslarla bağlı yenilik

264163

“WhatsApp” messenceri birbaşa status interfeysində fotokollaj düzəltməyə imkan verən yeni funksiyanı işə salıb.

Bizim.Media-nın məlumatına görə, yeniliyin mahiyyəti ondan ibarətdir ki, artıq altıya qədər fotoşəkili bir kolajda birləşdirmək mümkündür.
 

Şəkillər istənilən qaydada düzülə və birbaşa tətbiqdə redaktə edilə bilər.Kollaj yaratmaq üçün “Status” bölməsinə keçərək açılmış pəncərənin yuxarı hissəsində “Layout” düyməsinə klikləmək və paylaşmaq istədiyiniz fotoları seçmək lazımdır.


Fotoları seçdikdən sonra “Next” düyməsinə klikləyirsiniz və ekranın aşağısında yer alan 6 kollaj formatından birini seçirsiniz. “Done” düyməsinə klikləyərək statusu paylaşırsınız.

Hal-hazırda yenilik bütün istifadəçilər üçün əlçatandır. Ondan yararlanmaq üçün “WhatsApp” tətbiqini yeniləməyiniz kifayətdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO