Çanaqqalada meşə YANĞINI: Aeroportun fəaliyyəti dayandırıldı - VİDEO

Çanaqqalada meşə YANĞINI: Aeroportun fəaliyyəti dayandırıldı - VİDEO

Hazırda oxunan: Çanaqqalada meşə YANĞINI: Aeroportun fəaliyyəti dayandırıldı - VİDEO

264138

Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə yanğın başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
 

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə əlaqədar olaraq aeroportun fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.


Qeyd olunub ki, Türkiyə saatı ilə 20:00-da (Bakı vaxt ilə 19:00) aeroportun fəaliyyəti bərpa ediləcək.

Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.

Hadisənin səbəbi məlum deyil.

Yanğının söndürülməsi üçün əraziyə səkkiz təyyarə, dörd helikopter, 46 sudaşıyan maşın və 272 nəfərlik şəxsi heyət cəlb olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO