Kürdəmirdə AĞIR QƏZA – Yaralananlar var – FOTO

Kürdəmirdə AĞIR QƏZA – Yaralananlar var – FOTO

Hazırda oxunan: Kürdəmirdə AĞIR QƏZA – Yaralananlar var – FOTO

264053

Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Sor-Sor kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki sürücü Şöhrət Məmmədov “Mitsubishi” markalı avtomobillə həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Avtomobildə olan sürücü 25 yaşlı Şöhrət Sərkar oğlu Məmmədov, sərnişinlər 34 yaşlı Əjdər Əsgər oğlu Abbaslı və 42 yaşlı Paşa Həmid oğlu Baxşıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.


Hazırda faktla bağlı araşdırma aparılır.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO