Füzulidə DƏHŞƏTLİ QƏTL – Həyat yoldaşını iş yerində öldürdü

Füzulidə DƏHŞƏTLİ QƏTL – Həyat yoldaşını iş yerində öldürdü

Hazırda oxunan: Füzulidə DƏHŞƏTLİ QƏTL – Həyat yoldaşını iş yerində öldürdü

264039

Füzulidə xəstəxananın həyətində həyat yoldaşı Dilbər Namazovanı qətlə yetirməkdə təqsirləndirilən Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, ona Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə bəraət verilib. Elsevər Bağırov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 18 il müddətə azadlıqdan məhrum edilib.

O, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə 2024-cü il noyabrın 12-də Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətində baş verib.
 

İttihama görə, Elsevər Bağırov Füzuli Rayon Mərkəzi Xəstəxanasının rayonun Böyük Bəhmənli kəndi ərazisində yerləşən binasının həyətinə gələrək xəstəxananın Laboratoriya şöbəsində laborant işləyən keçmiş həyat yoldaşı Dilbər Namazovanın işdən çıxmasını gözləyib.


E.Bağırov keçmiş həyat yoldaşı işdən çıxan zaman ona balta ilə xəsarətlər yetirməkdə təqsirləndirilib.

Dilbər Namazova 2024-cü ilin noyabr ayının 16-da Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO