Elmar Baxşıyev: “Səhvlərdən dərs çıxarmağa çalışacağıq”

Elmar Baxşıyev: “Səhvlərdən dərs çıxarmağa çalışacağıq”

Hazırda oxunan: Elmar Baxşıyev: “Səhvlərdən dərs çıxarmağa çalışacağıq”

263989

İlk dəqiqələrdən oyundan qopduq.

Bizim.Media xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Kiprin “Omoniya” komandasına 0:4 hesabı ilə məğlub olduqları ilk görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

O, məğlubiyyəti belə şərh edib:
 

"Komanda olaraq zəif oynadıq. Ardıcıl toplar buraxmaq futbolçulara mənfi təsir göstərdi, fiziki olaraq zəif deyildik. Sadəcə, alınmadı. Bu cür uduzmaq da komandanın böyüməsinə kömək edəcək. Səhvlərdən dərs çıxarmağa çalışacağıq. Dəstəyə görə azarkeşlərə təşəkkür edirəm. Onları sevindirə bilmədik".


Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 14-də Kiprdə təşkil olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO