İsveçrə: Trampla Putinin görüşünü keçirməyə hazırıq

İsveçrə: Trampla Putinin görüşünü keçirməyə hazırıq

Hazırda oxunan: İsveçrə: Trampla Putinin görüşünü keçirməyə hazırıq

263976

İsveçrə ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında görüşün təşkilinə yardım göstərməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə "RIA Novosti"yə İsveçrə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Pyer-Alen Elçinger məlumat verib.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan etmişdi ki, Vaşinqton və Moskva yaxın günlərdə iki ölkə liderinin görüşünün keçirilməsi barədə razılığa gəlib və hazırda görüşə hazırlıq işləri aparılır.

Elçinger məsələ ilə bağlı deyib:
 

"Federal Şura ABŞ prezidenti Donald Tramp, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçiriləcəyi ehtimal olunan görüşlə bağlı yayımlanan müxtəlif bəyanatlarla tanışdır. Bu kontekstdə İsveçrə tərəflərin müraciəti və zərurət olduğu halda, dialoqa dəstək göstərmək və öz ənənəvi sülh və diplomatik vasitəçilik missiyası çərçivəsində yardım təklif etməyə hazır olduğunu bir daha təsdiqləyir."


Bununla yanaşı, Rusiyanın Bern şəhərindəki səfirliyi "RIA Novosti"yə açıqlamasında bildirib ki, Rusiya və ABŞ prezidentlərinin görüşü məsələsi ilə bağlı İsveçrə XİN-lə heç bir təmas aparılmır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO