ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

Hazırda oxunan: ADY və Gürcüstan Dəmir Yolları əməkdaşlığı genişləndirir: BTQ-nin inkişafı ön planda – FOTO

263911

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin inkişafı üzrə əməkdaşlıq, bu dəmir yolunun Gürcüstan hissəsinin modernləşdirilməsinin əhəmiyyəti və Orta Dəhlizin əsas seqmentlərindən biri kimi yükdaşımalardakı rolu müzakirə edilib.
 

İllik gücü 5 milyon tona çatdırılmış BTQ ilə yükdaşımaların daha səmərəli təşkili və yeni yüklərin cəlbi məqsədilə “BTKI Railways” MMC birgə müəssisəsinin fəaliyyətinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.


Tərəflər həmçinin əməkdaşlığın yeni səviyyəyə qaldırılması məqsədilə bu ilin iyununda imzalanmış yol xəritəsinin icrasının mövcud mərhələsini müzakirə ediblər.
 

Qeyd olunub ki, hazırda Azərbaycan və Gürcüstanın dəmiryol mütəxəssisləri arasında birgə fəaliyyətin uzlaşdırılması və optimallaşdırılması məqsədilə zəruri məlumatların aktiv və konstruktiv mübadiləsi aparılır.


Həm işçi qrupları, həm də müntəzəm birbaşa görüşlərlə daha effektiv və operativ əməkdaşlıq nəticəsində Şərq-Qərb-Şərq marşrutu üzrə hər iki ölkədən keçməklə yükdaşımaların daha səmərəli təşkili üçün fəaliyyətin gücləndiriləcəyi bildirilib.

Bundan başqa, bu ilin sonunadək Orta Dəhlizlə yükdaşımlarda kağızsız sənəd dövriyyəsinin tətbiqi, “Track and Trace” yük izlənməsi sisteminin işə salınması üçün görüləcək işlər nəzərdən keçirilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO