Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

Hazırda oxunan: Kürdəmirdə yolu keçən piyadanı avtomobil vurub öldürdü - FOTO

263812

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Karrar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 

Belə ki, “Mercedes” markalı avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Gəncə  sakini Muraz İbrahim oğlu Qasımov Bakı istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən Ağdaş rayon sakini 1967-cu il təvəllüdlü Hacıyev Rövşən Vəli oğlunu vurub.


Ağır bədən xəsarəti alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb və o, elə xəstəxanadaca dünyasını dəyişib.

Onun meyiti aidiyyatı üzrə təhvil verilib. Fakta bağlı araşdırma aparılır.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO