DİQQƏT! Bakının daha bir qəsəbəsində işıq olmayacaq

DİQQƏT! Bakının daha bir qəsəbəsində işıq olmayacaq

Hazırda oxunan: DİQQƏT! Bakının daha bir qəsəbəsində işıq olmayacaq

263724

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan Bizim.Media-ya verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.
 

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO