Azərbaycanda ilan sancan şəxslərin SAYI AÇIQLANDI – Dəhşətli STATİSTİKA

Azərbaycanda ilan sancan şəxslərin SAYI AÇIQLANDI – Dəhşətli STATİSTİKA

Hazırda oxunan: Azərbaycanda ilan sancan şəxslərin SAYI AÇIQLANDI – Dəhşətli STATİSTİKA

263652

İyul ayı ərzində 20 nəfəri ilan sancıb.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq  Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, ötən ay ümumilikdə şöbəyə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.
 

Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) vəfat edib.


Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO