Azərbaycanda 118 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var

Azərbaycanda 118 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var

Hazırda oxunan: Azərbaycanda 118 nəfər ZƏHƏRLƏNDİ – Ölənlər var

263650

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.

Bizim.Media xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir.
 

Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib.


Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO