Nura Suri: "Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara etibar etməyin”

Nura Suri: "Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara etibar etməyin”

Hazırda oxunan: Nura Suri: "Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara etibar etməyin”

263619

"Yayılan videodan sonra cəmiyyətin reaksiyasını gözləyib, elə fikir bildirmək istədim. Əfsuslar olsun ki, çoxu belə hadisəni şəxsən yaşasa da, nə başlarına gələnləri kiməsə deyə bilir, nə də ki, kimsə video çəkib pedofili və ya təcavüzçünü ifşa edir. Səbəb aydındır, çünki bizim cəmiyyətdə hələ də uşaqda və təcavüzə uğrayan (oğlan və qız) insanlarda günah axtarılır.

Bizim.Media axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nura Suri azyaşlıya qarşı əxlaqsız hərəkətləri əks etdirən görüntülərə münasibət bildirərkən yazıb.

İfaçı valideynlərə səslənib:
 

"Şərhlərdə utanmadan açıq şəkildə fikirlərini ifadə edən və uşaqda günah görən insanların pedofil və ya təcavüzkar olduqlarına (şüurlu ya da şüuraltı) şübhəniz olmasın. Bu insanların varlığı və sayı cəmiyyət üçün təhlükəlidir. Sağlam düşüncəli insanların sayı getdikcə azalır. Təcavüzə (mənəvi, fiziki) uğrayan uşaqlar və böyüklər utanmamalı, susmamalıdırlar.


Uşaqlarınızı ən yaxın bildiyiniz insanlara, qohumlara, qonşulara etibar etməyin. Uşağı dünyaya gətirmədən əvvəl, o uşağı şəxsiyyət kimi formalaşdıra biləcəyinizə əmin deyilsinizsə, valideyn olmayın. Hər kəs valideyn olmaq məcburiyyətində deyil".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO