Ədən körfəzində Yəmən sahillərində qayığın batması nəticəsində ölən afrikalı miqrantların sayı 86-ya yüksəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Yəmən mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, qayıqda Afrika ölkələrindən olan 170 miqrant olub, onlardan 42-si xilas edilib.
Daha əvvəl insident nəticəsində 76 nəfərin öldüyü bidirilirdi.
“Bab News” portalının məlumatına görə, avqustun 3-də səhər saatlarında Yəmənin cənubundakı Abyan əyalətinin sahillərində oromo xalqından (Şərqi Afrikanın ən böyük etnik qrupudur, əsasən Efiopiya və Keniyada yaşayırlar) olan onlarla qeyri-qanuni miqrantın cəsədi tapılıb. Ehtimal edilir ki, onlar Afrikadan gələn və pis hava şəraitinə görə batan qaçaqmalçılıq gəmisinin göyərtəsində olublar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
04:39 / 06.08.2025
Yəmən sahillərində qayıq batdı - Ölən miqrantların sayı 86-ya çatdı
Hazırda oxunan: Yəmən sahillərində qayıq batdı - Ölən miqrantların sayı 86-ya çatdı
Hazırda oxunan: Yəmən sahillərində qayıq batdı - Ölən miqrantların sayı 86-ya çatdı
263585
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.