Zakir Həsənov Şuşa əməliyyatından danışdı: “Tapşırıq verildi ki,...”

Zakir Həsənov Şuşa əməliyyatından danışdı: “Tapşırıq verildi ki,...”

Hazırda oxunan: Zakir Həsənov Şuşa əməliyyatından danışdı: “Tapşırıq verildi ki,...”

26344

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Vətən müharibəsində həyata keçirdiyi Şuşa əməliyyatından danışıb.

Bizim.Media-nın xəbərinə görə, nazir bununla bağlı "Real" TV-yə müsahibəsində məlumat verib.

Şuşa əməliyyatı barədə hər şeyi danışa bilməyəcəyini deyən nazir bu əməliyyatın indiyə qədər məxfi olduğunu bildirib:

"Cənab Prezident Şuşa əməliyyatının təşkilində bir neçə ciddi tapşırıqlarını vermişdi. O tapşırıqların birini demək istəyirəm. Cənab Prezident xüsusi ilə tapşırdı ki, əməliyyatın planlaşdırılmasında və həyata keçirilməsində nəzərə almaq lazımdır ki, Şuşa bizim mədəniyyət mərkəzimizdir. Burada bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Həmən ərəfədə hava da buludlu oldu. Şuşa əməliyyatı zamanı biz pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik, kəşfiyyatın aparılmasında da çətinliklər yaranırdı. Təyyarə və helikopterlərimizdən də istifadə edə bilmədik. Biz aviasiya və artilleriya ilə Şuşa ətrafındakı əriziləri işlədik necə lazımdır, Ermənistan qoşunlarını artilleriya ilə darmadağın etdik. Onlar çox ciddi itki verdilər. İnternetdə şəkillər var, səpələniblər Laçın dəhlizi boyu.

Nazir Şuşa əməliyyatında bütün qoşun növlərinin yüksək peşəkarlığının şahidi olduğunu vurğulayıb: 

“Bizim istehkam-mühəndis qoşunları qısa bir müddətdə inanılmaz bir iş gördülər və qəhrəmanlıq göstərdilər - yol çəkdilər. Bu yol ermənilər üçün bir şok oldu. Çünki onlar bizim Şuşaya əsas hücum istiqamətimizi ayrı yerdən gözləyirdilər və ona görə də güclərini ayrı yerdə cəmləşdirmişdilər. Bizim Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri qisa bir müddətdə yol çəkdilər. Bundan əlavə, kəşfiyyat birlikləri, həmlə birlikləri və təbii ki, bizim elitar qoşunlarımız olan xüsusi təyinatlılar Şuşada əməliyyat keçirmişdilər", - nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO