DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

Hazırda oxunan: DİQQƏT! Bakının bu ərazilərində işıq kəsiləcək

263439

Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsinin bir sıra hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bizim.Media-ya "Azərişıq" ASC-dən məlumat verilib.
 

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində yerləşən Binə qəsəbəsinin bəzi hissələrində avqustun 5-də təmir işləri ilə əlaqədar güc artımı nəzərə alınıb, müəyyən yarımstansiyalarda təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək Binə Atçılıq və Binə Bolluq adlanan yaşayış massivlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO