Şərti düşmənin hava hədəfi məhv edildi - FOTO  

Şərti düşmənin hava hədəfi məhv edildi - FOTO  

Hazırda oxunan: Şərti düşmənin hava hədəfi məhv edildi - FOTO  

26331

Türkiyə Respublikasının Konya şəhərində müxtəlif ölkələri təmsil edən komandaların iştirakı ilə keçirilən “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi davam edir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Beynəlxalq taktiki-uçuş təlimdə iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava hədəfinin aşkarlanması, taktiki qaydalarla önlənməsi, nəzarətə götürülməsi və məhv edilməsi məqsədilə hava döyüşünün yerinə yetirilməsi əməliyyatını icra edib.

Hərbi pilotlarımız qarşıya qoyulan tapşırığı uğurla icra edib və şərti düşmənin hava hədəfi məhv edilib.

Təlim iyulun 3-dək davam edəcək.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO