Lənkəranda gənc boğulmaqdan son anda xilas edildi

Lənkəranda gənc boğulmaqdan son anda xilas edildi

Hazırda oxunan: Lənkəranda gənc boğulmaqdan son anda xilas edildi

263192

Lənkəran rayonunda dənizdə boğulmaq təhlükəsi yaşayan gənc Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas olunub.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Sütəmurdov kəndi ərazisindəki çimərliklərin birində baş verib.
 

Dənizin nisbətən dərin hissəsinə üzən gəncin çətin vəziyyətdə olduğunu görən xilasedicilər dərhal müdaxilə ediblər. O, sudan çıxarılaraq sahilə çatdırılıb.


Gəncə yerində ilkin tibbi yardım göstərilib və daha sonra Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılıb.

Boğulmaq təhlükəsində olan şəxsin — 2007-ci il təvəllüdlü Orxan Taleh oğlu Yaqubzadə olduğu bildirilir.

Hazırda faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO