Amerikalı jurnalist Kendis Ouens bəyan edib ki, Fransa prezidenti Emmanuel Makron onun ölkənin birinci xanımı barədə yaydığı məlumatların böhtan olduğunu məhkəmədə sübut edə bilməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times yazıb.
Ouens bildirib ki, məhkəmə prosesi onun haqlı olduğunu göstərir:
“Prezidentlər xarici jurnalistlərə yalnız bir halda hədə-qorxu gəlir – əgər ortaya çıxacaq faktlardan dəhşətə gəliblərsə.”
Nəşr qeyd edir ki, Yelisey sarayının məqsədi dünya liderləri və Fransa siyasi dairələri qarşısında qətiyyət nümayiş etdirmək ola bilər. İddiada bildirilir ki, yayılan şayiələr Makronun nüfuzuna zərbə vurub və ona olan etimadı sarsıdıb. Lakin jurnalistlər vurğulayır ki, məhkəmə iddiaları şayiələrin yayılmasını nadir hallarda dayandırır – əksinə, bəzən onların daha da geniş yayılmasına səbəb olur.
“Heç bir məhkəmə prosesi şayiələrin qarşısını ala bilməyib — əksinə, onları daha da alovlandırıb,” — deyə qeyd olunur.
Qeyd edək ki, Kendis Ouens daha əvvəl apardığı “araşdırmada” Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun guya “Jan-Mişel Tronye” adlı kişi olaraq dünyaya gəldiyini iddia etmişdi. Bu iddialardan sonra Makron amerikalı jurnalistə qarşı məhkəmə iddiası qaldırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:56 / 03.08.2025
Makronun amerikalı jurnalistə qarşı iddiası onun nüfuzunu xilas etməyəcək
Hazırda oxunan: Makronun amerikalı jurnalistə qarşı iddiası onun nüfuzunu xilas etməyəcək
Hazırda oxunan: Makronun amerikalı jurnalistə qarşı iddiası onun nüfuzunu xilas etməyəcək
263130
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.