"Arena Münhen" stadionunda keçirilən yoldaşlıq oyununda "Bavariya" "Lion"la qarşılaşıb.
Bizim.Media xəbər verir ki, görüş Almaniya klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
"Bavariya"nın hər iki qolunu fransalı oyunçu Maykl Olise vurub. O, ilk dəfə 53-cü dəqiqədə fərqlənib, bundan 10 dəqiqə sonra isə yenidən rəqib qapısına yol taparaq dubl edib. "Lion"un heyətində isə 83-cü dəqiqədə hücumçu Alehandro Qomes Rodrigez təsəlli qolunu vurub.
Qeyd edək ki, "Bavariya" ötən mövsüm 82 xal toplayaraq Bundesliqanın qalibi olub.
Xatırladaq ki, daha əvvəl "Lion"un maliyyə hesabatlarında pozuntuya görə Liqa 2-yə göndəriləcəyi açıqlanmışdı. Klub bu qərardan apellyasiya şikayəti verib. "Lion" başa çatan Fransa Liqa 1 mövsümünü 6-cı pillədə tamamlayıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:52 / 02.08.2025
"Bavariya" yoxlama oyununda "Lion"u MƏĞLUB ETDİ
Hazırda oxunan: "Bavariya" yoxlama oyununda "Lion"u MƏĞLUB ETDİ
Hazırda oxunan: "Bavariya" yoxlama oyununda "Lion"u MƏĞLUB ETDİ
263058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.