Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"

Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"

Hazırda oxunan: Mahir Emreli: "Məqsədimiz mövsümü ilk 3-lükdə bitirməkdir"

263042

"Kayzerslautern"da çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli qarşıdakı mövsüm öncəsi komandasının hazırlıq səviyyəsi və hədəfləri barədə fikirlərini bölüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın SWR nəşri məlumat yayıb. Yığmamızın oyunçusu deyib:

"Çətin bir mövsümöncəsi hazırlıq prosesi keçdik. Həqiqətən çox çalışdıq. Son məşqdə əsasən oyun və taktiki elementlər üzərində işlədik. Düşünürəm ki, komandamız yeni mövsümə hazırdır. Amma təbii ki, mövsümün ilk rəsmi oyunu həmişə çətin olur.

Formaya düşmək və ən yaxşı səviyyəyə çatmaq üçün bir neçə oyun tələb olunur. Hədəfimiz ilk 3-lükdə yer almaqdır. Bu məqsədə çatmaq üçün əlimizdən gələni edəcəyik".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO